Səudiyyə də Livanla bağlı çağırış etdi

Səudiyyə də Livanla bağlı çağırış etdi

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarından Livanı təcili tərk etmələrini istəyib.

AzerTimes İRNA-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı XİN bəyanat yayaraq vurğulayıb ki, vətəndaşları bu ölkəyə səyahət qadağasına ciddi yanaşsınlar.

Bəyanatda Səudiyyə Ərəbistanı vətəndaşlarından fövqəladə hallar baş verərsə, gələcək tədbirlər üçün səfirliklə əlaqə saxlamaları istənilib.

Qeyd edək ki, indiyədək dünyanın bir sıra ölkələri regionda gərginliyin artması ehtimalı ilə bağlı öz vətəndaşlarından Livanı tərk etmələrini istəyib.

Teqlər: