ABŞ senatoru Riçard Blumental Səudiyyə Ərəbistanının ABŞ-ın müdafiə texnologiyalarını Rusiyaya ötürə biləcəyindən ehtiyat edir. O, bu ölkəyə texnologiya transferinin müvəqqəti dayandırılmasını təklif edib.
AzerTimes xəbər verir ki, bu barədə “Quardian” nəşri yazıb.
Bildirilib ki, senatorun əsas qayğılarından biri Rusiyanın ABŞ-ın Ər-Riyaddakı tərəfdaşları ilə paylaşdığı texnologiyadan faydalanmasının qarşısını almaqla bağlıdır.
“Biz Pentaqonla məsləhətləşəcəyik, onlarla çox açıq şəkildə danışacağıq. Qabaqcıl silah sistemləri texnologiyalarının ötürülməsində riski necə qiymətləndirirlər deyə…” – senator söyləyib.