Səslər sayılan kimi Trampın aksiyaları bahalaşdı

Səslər sayılan kimi Trampın aksiyaları bahalaşdı

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın “Trump Media” səhmlərinin qiymətləri Nasdaq elektron birjasında axşam sessiyasında ilk seçki məntəqələrinin bağlanması ilə yüksəlməyə başlayıb.

AzerTimes xəbər verir ki, Bakı vaxtı ilə saat 03:14 məlumatına əsasən, onlar 6,95% artaraq hər qiymətli kağız üçün 36,3 dollara çatıb.

Qeyd edək ki, bir neçə saat öncə “Trump Media”nın səhmləri 7,16% ucuzlaşaraq, bir səhm üçün 31,51 dollara enmişdi.

Xatırladaq ki, artıq İndiana və Kentukkidə seçkilər başa çatıb və səslərin sayılmasına başlanılıb. Hər iki ştatda Tramp öndədir.

Teqlər: