SES-i vurdusa, növbəti mərhələ nüvə zərbəsidir…

SES-i vurdusa, növbəti mərhələ nüvə zərbəsidir…

Rusiya insanların və təbiətin fəalakətinə səbəb olan böyük hidroelektrik stansiyasını raket zərbəsiylə dağıdırsa və bu zaman özününkülər də əziyyət çəkirsə, Kreml Ukrayna ordusunun əks-həmləsinin qarşısını almaq məqsədilə başqa təxribatlara da əl ata bilər.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynada Kaxovka SES-in dağıdılması ilə bağlı şərhində qeyd edib.

O bildirib ki, Rusiyanın başqa hansı təxribatlara əl ata biləcəyini “Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojin səsləndirib:

“Onun fikrincə, Rusiya hərbçiləri Belqorod vilayətinə nüvə bombası ata bilər. Kreml Rusiya ərazisinə nüvə silahı niyə atsın ki! Priqojin bu sualı bu şəkildə cavablandırıb: “Rusiya öz ərazisinə nüvə bombası ataraq Belqoroda doğru geri çəkildiyimiz təəssüratını yaratmaq istəyəcək”. Priqojin bu cavaba ironik əlavəsini də unutmayıb: “Özümüzə atsaq, ruhi xəstə olduğumuzu göstərəcəyik”.

Rusiya Prezidenti Vladimir Putin bu ağılda olan şəxsə muzdlu qruplaşma yaratmağı və savaşın ön sıralarında qərar tutmağı necə həvalə edib? Ancaq Putinin digər dostu və Rusiyanın eks-prezidenti Dmitri Medvedyevin daha məntiqsiz açıqlamalar verdiyini nəzərə aldıqda, Kremldəkilərin çoxunun düşüncə tərzinin oxşar olduğu qənaətinə gəlmək mümkündür”.

Teqlər: