Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda ötən il ərzində sərxoş sürücülər tərəfindən törədilən qəzalar nəticəsində 14 ölüm hadisəsi baş verib.
AzerTimes-ın məlumatına görə, 2020-ci ildə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 21 hadisə baş verib. Bu qəzalar nəticəsində 14 nəfər həlak olub, 19 nəfər yaralanıb.
Ümumilikdə ötən il Azərbaycanda 1587 və ya 2019-cu illə müqayisədə 15,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,5 faiz azalaraq 2106 nəfər olub. Onlardan 696-sı həlak olub, 1410-u isə yaralanıb.