Sərxoş kişi su kanalına düşdü, boğulub öldü

Sərxoş kişi su kanalına düşdü, boğulub öldü

Sabirabad sakini su kanalında boğularaq ölüb.

AzerTimes xəbər verir ki hadisə Kovlar kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Elçin Fərzalı oğlu Fərzəliyev su kanalına düşərək boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, o, sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: