Sərxoş halda idarə etdiyi avtomobillə 12 yaşlı uşağı öldürən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə azyaşlının ölümünə
səbəb olan Anar Hacaliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa
çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi
iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə Anar Hacaliyev 5 il 6 ay azadlıqdan məhrum
edilib.
Xatırladaq ki, A. Hacalıyev Bakıda sərxoş vəziyyətdə avtomobil
idarə edərkən yolun kənarında dayanan 12 yaşlı uşağı vurub. Hadisə
nəticəsində azyaşlı ölüb.

Teqlər: