
Bakıda avtomobil asvaltda sərxoş vəziyyətdə uzanan şəxsi vuraraq öldürüb.
AzerTimes xəbər verir ki, 1987-ci il təvəllüdlü Toğrul Firdovsi oğlu Süleymanov idarə etdiyi “Mersedes Vito” markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Şəmsəddin oğlu Əmirovu vurub.
Kənan Əmirov aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


DOLLAR
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN