İspaniyalı müdafiəçi Serxio Ramos “Real Madrid” futbol klubundan ayrılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.
Məlumata əsasən, iyunun 17-də futbolçunun vida mətbuat konfransı klub prezidenti Florentino Peresin iştirakı ilə baş tutacaq. 35 yaşlı S.Ramosun “Real Madrid” ilə müqaviləsi 30 iyun 2021-ci ilə qədər imzalanıb.
Son illər ərzində o “Real”ın kapıtanı olub.