PSJ-nin müdafiəçisi Serxio Ramos 36 yaşında İspaniya millisindəki karyerasını başa vurub.
AzerTimes xəbər verir ki, bu barədə o özünün sosial şəbəkə hesabında yazıb.
“Vaxt gəldi. Mənim üçün İspaniya millisi ilə vidalaşmağın vaxtıdır. Bu gün səhər komandanın hazırkı baş məşqçisi mənə zəng edib dedi ki, onun planlarına daxil deyiləm. Necə çıxış etməyimdən asılı olmayaraq.
Bu yolun sonudur. Kədərlə də olsa, həm də başımı dik tutaraq bunu qəbul etməliyəm. Bütün bu illər üçün azarkeşlərə minnətdaram. Unudulmaz xatirələrim var. İspaniya millisinin forması məni xoşbəxt edirdi. Komandanı 180 dəfə təmsil etmiş birinin həvəsi ilə millimizi dəstəkləməyə davam edəcəm. Mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm!”, – deyə S.Ramos bildirib.