İngiltərənin “Mançester Siti” futbol klubunun argentinalı hücumçusu Serxio Aquero 2020/21 mövsümünün sonunda müqaviləsinin bitməsi səbəbindən komandadan ayrılacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə “Mançester Siti”nin mətbuat xidməti bildirib.
Klub 32 yaşlı futbolçunun getməsi ilə bağlı mayın 25-də keçiriləcək “Everton”a qarşı son ev oyununda tədbirlər keçirməyi planlaşdırır.
Qeyd edək ki, S.Aquero “Mançester Siti”yə 2011-ci ildə İspaniyanın “Atletiko” klubundan keçib.