Şərur rayonunda 31 yaşlı kişi qətlə yetirilib.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində yerli sakin, 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulub istintaqa verilməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.