Şərtləri Azərbaycan diqtə edir: Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çarəsi yoxdur – Videolayihə

Trend BİA “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinin növbəti buraxılışını təqdim edir.

Trendin suallarını UNEC-in professoru Elşad Məmmədov cavablandırıb.

Müsahibə zamanı Azərbaycan iqtisadiyyatının pandemiya və müharibə dövründə qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, xarici iqtisadi şoklara baxmayaraq heç bir layihənin təxirə salınmaması, əksinə yeni sosial-iqtisadi layihələrin icra edilməsi, Azərbaycan vətəndaşlarının sosial rifahı, rahat həyatı və məmnunluğu üçün görülən kompleks tədbirlərdən danışılıb.

Həmçnin vurğulanıb ki, Azərbaycan dövləti iqtisadi qüdrətini Qarabağın bərpasında və inkişafında da göstərəcək. İşğaldan azad edilmiş ərazilərin iqtisadi və sosial inkişafı hələ uzun illər Azərbaycan dövlətinin əsas hədəfi olacaq. Çünki, Prezident İlham Əliyev Qarabağda yeni iqtisadi idarəetmə modelini yaratmaqda qərarlıdır. Bununla yanaşı bölgənin nəqliyyat-logistika xəritəsinin yenilənməsi, xüsusilə də Zəngəzur dəhlizinin açılması, bu layihələrin region dövlətləri üçün böyüik önəm daşıması kimi məsələlər və son günlər gündəmdə olan digər maraqlı məqamlar da müzakirə edilib.

Videolayihəni təqdim edirik:

Teqlər: