Sərt karantin olmasa, magistraturaya qəbul iki mərhələdə keçiriləcək – Məleykə Abbaszadə

Xəbər - Fərid Zöhrabov – AzerTimes:

Gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur.

AzerTimes xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

“Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirləri olmasa çalışacağıq ki, bu tədris ilində də belə bir imkan yaradaq”, – DİM sədri deyib.

Teqlər: