Sərsəm dünya: Ərini it kimi gəzdirən qadın cəzalandırıldı – VİDEO

Kanadanın Kvebek əyalətində ərinin boynuna xalta keçirərək küçədə gəzdirən qadın cəzalandırılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, COVID-19-la mübarizə çərçivəsində ölkədə elan edilmiş komendant saatı (20:00 – 05:00) müddətində ərinin boynuna it xaltası keçirərək küçədə gəzən qadın polis tərəfindən saxlanılıb.

Qadın bu addımını komendant saatında yalnız itlərin gəzdirilməsinə icazə verilməsi ilə əlaqələndirib. Hər hansı ev heyvanı saxlamayan qadın isə ərinin boynuna xaltanı keçirdərək it əvəzi onu küçədə yürüşə çıxarıb.

Yerli polis tərəfindən saxlanılan cütlük ümumilikdə 2 min 400 dollar cərimə edilib.

www.yenicag.az