Şərqşünaslıq İnstitutunun əməkdaşı V Tokio Zirvəsində çıxış edib (FOTO)

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 14-16 yanvar tarixlərində Yaponiyada keçirilən V Tokio Zirvəsində iştirak edib.

İnstitutdan AzerTimes-a bildirilib ki, X.Ələkbərova V Beynəlxalq müasir elmlərdə yeni araşdırmalar Konfransında “Ərəb mühacir qadınların problemlərinin ədəbiyyatda inikasi” mövzusunda məruzə ilə çıxış edib.


Məruzədə müasir dünyada qloballaşan miqrasiya problemi, bunu doğuran səbəblərə toxunulub. Miqrasiya prosesləri Misir gündəmində son statistik göstəricilərə əsasən geniş təhlil edilib və xüsusən ərəb müsəlman qadınların mühacir həyatı ilə bağlı acı reallıqlar, üzləşdikləri ksenefobiya halları, aldıqları psixoloji sarsıntılar tanınmış misirli yazarların əsərlərində izlənilib.

Teqlər: