Şərqşünaslıq İnstitutunun əməkdaşı Beynəlxalq Paris Sosial Elmlər Konfransında çıxış edib (FOTO)

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova iyulun 9-11-də keçirilən VI Beynəlxalq Paris Sosial Elmlər Konfransında iştirak edib.

İnstitutdan AzerTimes-a bildirilib ki, konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas “XX əsrin sonu-XXI əsrin əvəllərində Misirin ictimai-siyasi mənzərəsinin yeni dövr ədəbiyyatında inikası” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə XX əsrin sonu-XXI əsrin əvvəllərində Misirin ictimai-siyasi həyatında baş verən tarixi hadisələrin fonunda cəmiyyətdə yaşanan reallıqların həmin dövr ədəbiyyatında inikası istiqamətində aparılmış maraqlı təhlil və nəticələr səsləndirilib. Eləcə də müasir Misir ədəbiyyatında yaranan yeni tendensiyalar diqqətə çatdırılıb.

Qeyd edək ki, artıq altıncı dəfədir təşkil olunan mötəbər Beynəlxalq Paris Sosial Elmlər Konfransına bu dəfə dünyanın 31 ölkəsindən tədqiqatçı alimlər qatılıb.

Teqlər: