AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 3-5 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatlarında keçirilən V Beynəlxalq Nyu-York disiplinlər arası araşdırmalar və təcrübədə tendensiyaların inkişafı konfransında iştirak edib.
İnstitutdan AzerTimes-a bildirilib ki, konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas “Bruklin yüksəklikləri”ndə mühacir həyatı” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə müasir ərəb ədəbiyyatında “mühacirlər mövzusu”na toxunulub və müxtəlif səbəblərdən ABŞ-a köçən ərəblərin timsalında mühacir həyatı ilə bağlı reallıqlar məşhur misirli yazıçı Miral Ət-Tahavinin “Bruklin yüksəklilkləri” əsəri əsasında diqqətə çatdırılıb.