Mayın 6-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunda Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər,
müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini
icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər
Baxşəliyeva Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi
inkişafında müstəsna xidmətlərindən danışıb: «Heydər Əliyev
Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Azərbaycanın
tarixinin 40 ili Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu
şəxsiyyət və xilaskar kimi düşüb. Onun həm sovetlər dövründə, həm
də müstəqillik illərində Azərbaycan xalqına xidmətləri
əvəzsizdir».
Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə
respublikanın ən çətin vaxtında gələn Heydər Əliyevin qısa müddətdə
ictimai asayişin bərpasına nail olduğunu deyən Gövhər Baxşəliyeva,
Ulu öndərin xalqda gələcəyə böyük inam yaratdığını, qısa bir
zamanda ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu,
regionda lider dövlətə çevirdiyini qeyd edib.
G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün
sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Ulu
öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz
birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə
keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi
sözləri xatırladıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir
neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub
yaşatmalıyıq”.
G.Baxşəliyeva bu gün də Ulu öndərin yolunun Prezident İlham
Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib və ölkədə
gedən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən
iqtisadiyyatımızın, sürətlə abadlaşan və inkişaf edən şəhər və
rayonlarımızın, mədəniyyətə, elmə, səhiyyəyə göstərilən əvəzsiz
qayğının və işğal altında olan torpaqlarımızın 44 günlük müharibədə
azad edilməsinin bunun əyani təsdiqi olduğunu bildirib.
Şərqşünaslıq İnstitutunun həmkarlar təşkilatının sədri, tarix
üzrə fəlsəfə doktoru Sübhan Talıblı çıxış edərək, Ümummilli lider
Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının
xarici siyasətinin əsas vəzifə və istiqamətlərindən danışıb. O,
Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan
Respublikasının xarici siyasət kursunun başlıca vəzifələrinin
ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü,
təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik
sistemi ilə əlaqələndirmək, mənafeyi Azərbaycanın milli maraqları
ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha
sıx əməkdaşlıq, müttəfiqlik etmək, bu imkanlardan istifadə edərək
beynəlxalq sistemdə mövqeyini bərkitmək, xalqın mənafeyinə uyğun
xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq
iqtisadi sistemdə təmsil etmək, xarici ölkələrlə elmi, mədəni,
humanitar əlaqələr qurmaq və s. məsələlər olduğunu qeyd edib.
İnstitutun Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsini icra
edən, filologiya üzrə fəlsəfə doktoru Xumar Ələkbərova tədbirdə
çıxış edərək deyib: “Ulu öndər elə bir dahi şəxsiyyət olmuşdur ki,
gücün ağılda, elmdə olduğunu daim önə çəkmişdir. Bu üzdən Ulu öndər
Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin
inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu dahi şəxsiyyət yaxşı
bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın
yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar
elmlərə mühüm əhəmiyyət verilməsindədir”.
İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə
fəlsəfə doktoru Səməd Bayramzadə çıxış edərək, Ulu öndər Heydər
Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlişinin Azərbaycan
dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya
ətrafın