Bu gün Azərbaycanın ilk qadın pilotu Leyla Məmmədbəyovanın anım günüdür.
AzerTimes təyyarəçi haqda maraqlı məlumatları təqdim edir.
– Əslən Qubadan olan Leyla Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub.
– Bakı aeroklubunda təhsil alan L.Məmmədbəyova ilk uçuşunu 1931-ci ildə həyata keçirib.
– O, tək Azərbaycanda yox, Qafqazda, bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi hesab olunur.
– 1933-cü il martın 17-də təlimçi-pilot kimi fəaliyyət göstərən L.Məmmədbəyova SSRİ Osoaviaxim Mərkəzi uçuş-texniki məktəbində məşq zamanı “U-2” təyyarəsindən “PT-1” paraşütlə tullanan Sovet İttifaqında ikinci, Azərbaycanda isə ilk qadındır.
– Mayor L.Məmmədbəyovaya yetkinlik yaşına çatmayan dörd uşağına görə İkinci Dünya müharibəsində iştirak etməyə icazə verilmir.
– Müharibədə iştirak etməsə də, 4000 paraşütçü-desant hazırlayaraq qələbəyə böyük töhfə verib.
– 1989-cu ilin iyulunda vəfat edən L.Məmmədbəyova II Fəxri Xiyabanda dəfn edilib.