Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu
(stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı
qazıntıları üzrə toplu məlumatlar bazası yaradılacaq.
AzerTimes-ın
məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı
sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal
bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün
Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.
Ekologiya və Təbii Sərvətlər 2022– 2024-cü illərdə AMEA ilə
birlikdə Nazirliyi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının
geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm,
hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar
bazasının yaradılmasını təmin etməlidir.