Şərqi Zəngəzur və Qarabağ aerokosmik fotoşəkillərlə təhlil ediləcək

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin
aerokosmik fotoşəkillərinin alınması və təhlili təmin ediləcək.

AzerTimes-ın
məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı
sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal
bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün
Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2021-2023-cü illərdə
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin
aerokosmik fotoşəkillərinin alınması və təhlilini təmin
etməlidir.

Nazirliyə 2021-2024-cü illərdə Füzuli, Cəbrayıl və Ağdam
rayonları ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin
öyrənilməsi də tapşırılıb.

Teqlər: