Şərqi Qüdsdə israil polisləri ilə toqquşamalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin “WAFA” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, əsas toqquşmalar Əl-Əqsa məscidi yaxınlığında baş verib. Polislər məscidə gələnlərə rezin güllələrlə atəş açıblar, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.
Şərqi Qüdsdəki hadisələrlə əlaqədar Fələstin Prezidenti Mahmud Abbas ölkəsinin BMT-dəki nümayəndəsi Riyad Mansura Təhlükəsizlik Şurasının iclasını çağırmaq təşəbbüsü ilə çıxış etməyi tapşırıb.