Şərqi Azərbaycanda 400 kəndin yolu bağlandı

Şərqi Azərbaycanda 400 kəndin yolu bağlandı

Güclü qar və çovğun nəticəsində Şərqi Azərbaycan əyalətinin 400 kəndinin yolu bağlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Orucəli Əlizadə məlumat verib.

O bildirib ki, kəndlər ətraf aləmdən təcrid olunublar:

“Əyalət yollarında nəqliyyatın hərəkəti çətinləşib, Təbriz-Əhər, Marağa-Həştrud yolları, Şibili gədiyi və Kəleybər bölgəsində vəziyyət daha ağırdır”.

Qeyd edək ki, yanvarın 24-də Təbriz və ətraf bölgələrdə də həyat iflic olub, şəhərdə nəqliyyatın hərəkəti dayanıb. Əyalətin yeni valisi Rəhmət Maliki mediaya açıqlamasında şəhərdə yolların bağlı olması məsələsinə görə təbrizlilər qarşısında üzüqara olduqlarını deyib.

Teqlər: