Şərqi Azərbaycan əyalətində ötən illə müqayisədə yağıntıların miqdarı 27.5% azalıb.
AzerTimes xəbər verir ki, bunu əyalətin Meteoroloji Mərkəzinin müdiri Həbib Əbdüli deyib.
O bildirib ki, yağıntı miqdarı azaldığı üçün quraqlıq və su qıtlığının şiddətlənəcəyi gözlənilir.
“Şərqi Azərbaycan ən az yağıntı miqdarına görə ölkə üzrə 10-cu, temperatur yüksəkliyinə görə isə ikinci yerdədir”, – Əbdüli bildirib.