İyunun 4-ü saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili erməni silahlı qüvvələri tərəfindən əraziyə yerləşdirilmiş minaya düşərək həlak olmuş media nümayəndələri Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) ilə əlaqədar Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması günahsız insanların şəhid olmasına və Ermənistan hökumətinin bu günə kimi dəfələrlə müraciət edilməsinə rəğmən, hələ də minalı ərazilərin xəritələrini təqdim etməməsi ilə bağlı çağırış edib.
AzerTimes xəbər verir ki, 71 qeyri-hökümət təşkilatını özündə birləşdirən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması dünya ictimaiyyəti və beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa və minalanmış ərazilərin olduğu yerlər barədə məlumat verərək rəsmi Yerevanı beynəlxalq aləmin hüquq normaları ilə öhdəliklərini yerinə yetirmək üçün inandırmağa çağırıb.