Bakı Metropoliteni QSC-nin “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər “Ulduz” stansiyasında düşürülüb.
QSC-dən AzerTimes-a verilən məlumata görə, qatar ən yaxın yoxlama məntəqəsi kimi “Nərimanov” elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə qatar verilib.