2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat
sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan
avtomobil nəqliyyatı ilə 420,2 milyon sərnişin daşınıb.
AzerTimes-ın
məlumatına görə, ilin eyni dövrü ilə müqayisədə sərnişin
daşımalarında 18,4 faiz artım qeydə alınıb. Sərnişinlərin 94,8
faizi avtobus, 5,2 faizi isə minik taksilərinin xidmətlərindən
istifadə edib. Sərnişin dövriyyəsi 19,1 faiz artib.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin
sayı 63,5 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 463,7 min və ya 2,6 dəfə çox sərnişin
daşınıb, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl
müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.