Xəbər - Elçin Mehdiyev – Trend:
2022-ci ilin yanvar ayında Azərbaycanda nəqliyyatçılar 113,2
milyon sərnişinə xidmət göstəriblər.
AzerTimes-ın
məlumatına görə, sərnişinlərin 86,5 faizi avtomobil nəqliyyatı,
13,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə
daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük
olan avtomobil nəqliyyatı ilə 97,9 milyon sərnişin daşınıb və
əvvəlki ilin yanvar ayı ilə
müqayisədə 42,9 faiz artım qeydə alınmışdır.
Sərnişinlərin 95,1 faizi avtobus, 4,9 faizi isə minik
taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə
42,2 faiz artıb.