Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarı toqquşub.
AzerTimes xəbər verir ki, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb.
Nəticədə 5 sərnişin həlak olub, 20-dən çox insan yaralanıb.
Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Qəzanın başvermə səbəbləri araşdırılır.