Sərnişin sayının xeyli az olması sosial məsafənin qorunmasına şərait yaradır – Metropoliten

Xəbər - Samir Əli – Trend:

Sərnişin sayının xeyli az olması sosial məsafənin qorunmasına şərait yaradır.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzerTimes-a açıqlamasında bildirib ki, “Bakı Metropoliteni” gündəlik iş rejimi şəraitində pandemiya ilə bağlı monitorinqlərini və yoxlama-nəzarət tədbirlərini davam etdirir. Tədbirlər sırasında sosial məsafəyə və tibbi maskanın düzgün taxılmasına nəzarət və tövsiyəedici söhbətlər xüsusi yer tutur: “Sosial məsafə ilə bağlı vəziyyət qənaətbəxşdir. Məlumdur ki, yay dövründə metroda sərnişin sıxlığı azalır. Metropoliten yay qrafikinə keçsə də, iyun, iyul, avqust və sentyabrın ilk ongünlüyündə sərnişin sayında xeyli azalma müşahidə olunur. 2019-cu ilin eyni vaxtı ilə müqayisədə sərnişin sayı xeyli azdır. Bu da sosial məsafənin qorunmasına şərait yaradır. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qərar və tövsiyələrinə tam əməl edilir. Metroda vəziyyət mütəmadi olaraq gündəlik öyrənilir, sərnişinlərin metrodan təhlükəsiz istifadəsi üçün lazım olan bütün şərait yaradılır. Həmçinin, metro stansiyalarında mütəmadi olaraq monitorinqlər aparılır, stansiyalarda və vaqonlarda maskalardan istifadəyə nəzarət edilir, sərnişinlərlə marifləndirici söhbətlər aparılır”.

Twitter: @GuleliyevSamir

Teqlər: