Bak;/ Trend^
Nazirl’r Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib.
AzerTimes xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, dizel yanacağının qiymət artımının sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin minimallaşdırılması, ictimai nəqliyyatda tarif dəyişikliyinin aparılmaması və sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması üçün ölkə daxilində (şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası) sərnişindaşıma xidmətləri göstərən daşıyıcılara subsidiya verilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
– “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin
müvəqqəti Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara subsidiya verilməsi üçün növbəti illər üzrə tələb olunacaq vəsait barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
– avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydaya uyğun subsidiya
ödənilməsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə təmin etsin;
– avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara verilən subsidiya barədə illik icmal hesabatı növbəti ilin 1 fevral
tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
– bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə müntəzəm şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə (ödəniş alətlərinə) keçidin sürətləndirilməsi ilə bağlı təkliflərini 2022-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərarla müəyyən edilmiş müddəalar əsasında Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsi üçün tədbirlər görməlidir.