Sərnişin avtobusu xəndəyə düşdü: 1 ölü, 32 yaralı

Sərnişin avtobusu xəndəyə düşdü: 1 ölü, 32 yaralı

Türkiyənin Aydın vilayətinin Kuyucak rayonunun ərazisində sərnişin avtobusu xəndəyə düşüb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 32 nəfər isə yaralanıb.

Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım xidmətinin personalı cəlb olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Teqlər: