Türkiyədə Mərsin-Antalya avtomobil yolunun Aydıncık bölgəsindən keçən hissəsində sərnişin avtobusu aşıb.
AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qəza zamanı 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbi hələlik məlum deyil.