Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb.
AzerTimes xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.