Bakının Binəqədi rayonunda dörd avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
AzerTimes xəbər verir ki, 133 saylı sərnişin avtobusu hərəkətdə olarkən qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən minik avtomobili digər iki nəqliyyat vasitəsinə çırpılaraq sıxılmış vəziyyətə düşüb. “Opel”dəki iki nəfər – 39 yaşlı Afər Mirzəxan oğlu Əyyubov və onun yaşıdı Cavid Mahir oğlu Məmmədov hadisə yerində keçiniblər.
Meyitlər təcili tibbi yardım briqadalarının köməkliyi ilə aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.