Ermənistan parlamentinin keçmiş deputatı Levon Sərkisyan (Alraxaçi Levik) 9 il müddətinə azadlıqdan məhrum edilib.
AzerTimes xəbər verir ki, müvafiq qərarı İrəvan məhkəməsi qəbul edib.
Məhkəmə Sərkisyanı 2008-ci ilin oktyabrında gömrük komitəsinin keçmiş sədri Armen Avetisyanın malikanəsinə quldurluq hücumunu təşkil etməkdə təqsirli bilib. Sərkisyanın kürəkəni Suren Kazaryan isə 8 il həbs cəzası alıb.
Xatırladaq ki, Levon Sərkisyan uzun müddət axtarışda idi. 2019-cu ilin noyabrında Rusiyada saxlanılıb, 2020-ci ilin avqustunda isə Ermənistana ekstradisiya edilib.
Qeyd edək ki, Levon Sərkisyan eks-prezident Serj Sərkisyanın xaç oğludur.