Sərkisyanın təhlükəsizlik xidmətinin rəisi həbs olundu

Sərkisyanın təhlükəsizlik xidmətinin rəisi həbs olundu

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın təhlükəsizlik xidmətinin rəisi Vaçaqan Qazaryan həbs olunub.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a açıqlamasında vəkil Mger Akopyan deyib.

Vəkil bildirib ki, istintaq sirri ilə bağlı açıqlama verilməməsi haqda müqavilə imzaladığı üçün işin təfərrüatını açıqlaya bilməz.

Xatırladaq ki, 2018-ci ildə Qazaryanın restoranında axtarış zamanı 11 milyon dollar, 400 milyon avro, 36 milyon dram məbləğində pul ələ keçirilib. Həmçinin, oradakı uçot sənədləri, kompüterlər və elektron vasitələr də müsadirə edilib.

Teqlər: