Qazaxın Ermənistanın işğalında olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılması ilə bağlı müzakirələrə bu ölkənin sabiq prezidenti, separatizmin və azərbaycanlılara qarşı soyqırımın müəlliflərindən olan Serj Sərkisyan da qatılıb.
AzerTimes xəbər verir ki, Sərkisyan erməni mediasına açıqlamasında o kəndlərin Ermənistanın yuristiksiyasına daxil olmadığını dolayısı ilə təsdiqləyib.
O, kəndlərin hansı əsaslarla qaytarılmasından bəhs edib:
“Bu danışıqlardır, sərhədlərin demarkasiyası prosesidir, yoxsa sadəcə olaraq Azərbaycanın tələbini ödəyir?”
Sərkisyan bildirib ki, guya Ermənistana daxil olan qaz kəmərlərini Azərbaycan 90-cı illərdə partlatmaq istəyirmiş:
“90-cı illərin əvvəllərində böyük çətinliklər bahasına Ermənistan həmin qaz kəmərlərinin partlaması istəyinə son qoya bildi”.
Bununla da Sərkisyan guya “təhlükəsizlik məqsədi ilə” həmin kəndlərin işğal edildiyini təsdiqləyib.