Nikol Paşinyanın hakimiyyətə gəlişi prosesi mürəkkəbdir. Serj Sərkisyan Qarabağda müharibənin başlayacağını görəndə qaçmaq qərarı verdi.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş deputatı Arşak Sadoyan deyib.
O, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın hakimiyyətdən getməsinin Azərbaycanın Qarabağ məsələsində qəti addım atacağını bilməsi ilə əlaqələndirib.
“Nikol gələndə mən rəsmi şəkildə bildirdim ki, müdafiə qabiliyyətimizi gücləndirməyin yeganə yolu dünya ermənilərinin potensialını cəlb etmək və ümumerməni müdafiə strukturu yaratmaqdır. Mən məktub göndərdim və görüş istədim. Lakin proses baş tutmadı. Bundan sonra anladım ki, onun ölkənin, dövlətin, xalqın nə olmasından xəbəri yoxdur”, – Sadoyan bildirib.