Lüksemburqun ətraf mühit, iqlim və biomüxtəliflik naziri Serj Vilmes BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfərə gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa Birliyi yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov sosial şəbəkədə yazıb.
“Serj Vilmes COP29-da iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Bakıya gəlib. Qalan günlər ən sınayıcı günlər olacaq. Azərbaycana xoş gəlmisiniz!”, – diplomat qeyd edib.