Serj Sərkisyan və qızları məhkəməyə çağırıldı

Serj Sərkisyan və qızları məhkəməyə çağırıldı

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan və qızları Anuş və Satenik qanunsuz yolla əldə edilmiş əmlakla bağlı iş üzrə Antikorrupsiya Məhkəməsinə dəvət olunublar.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, məhkəmə prosesi 19 yanvar 2023-cü ildə keçiriləcək.

Xatırladaq ki, Ermənistanın sabiq prezidentinin qardaşı Levon Sərkisyan, qızı Ani və oğlu Narek də qanunsuz varlanmada, bəyan edilməli olan əmlakı gizlətməkdə ittiham olunurlar. Levon Sərkisyana qarşı axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. Ani və Narek Sərkisyan ev dustaqlığındadırlar.

Teqlər: