Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla sərhədin delimitasiyası üsullarından kütləvi narazılıq görmürəm, lakin etirazlarda “köhnələrin” və xarici qüvvələrin izini görürəm.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün erməni mediasına açıqlamasında deyib.

Simonyan bildirib ki, Bakı-İrəvan danışıqlarında birtərəfli güzəştlər yoxdur və proses beynəlxalq standartlara uyğun aparılır:

“Bu nə beynəlxalq normadır ki, onlar pozulub? Başa düşmək istəyirəm ki, nədən danışırıq? Demək istəyirəm ki, eyni məntiqlə, fərqli amillərdən istifadə edərək, eyni şeyləri neçə dəfə təkrarlaya və eyni şeyi etməyə çalışmaq olar? Vazgen Manukyan, Robert Köçəryan, Serj Sərkisyan, banan Miqran (Ermənistanın İcbari İcra Xidmətinin keçmiş rəhbəri Miqran Poqosyan nəzərdə tutulur), Artur Vanetsyan eyni məntiqlə davam edə bilməz axı. Rolları bir az dəyişirlər, gedirlər, başqalarının rəhbərliyi ilə gəlirlər”.

“Meydanda 100-200 min adam toplansa, hakimiyyət gedəcəkmi” sualına Simonyan sualla cavab verib:

“Bəs əgər 15-20 min toplaşsa? Onlar (müxalifət – red.) siyasətdən gedəcəklər? Ermənistanda hakimiyyət xalqındır, xalq hansısa tələb irəli sürəndə görəcəyik ki, xalqdan gəlir. Məsələ kəmiyyətlə həll olunmur. Müxalifətin öz ətrafında yaratdıqları reallıq budur ki, onlar öz dediklərinə inanır, media vasitəsilə yayırlar. Ermənistan xalqı hər şeyi çox gözəl başa düşür, əminəm ki, onlar sərhədlərin delimitasiyası prosesinə inanır, bilir ki, İrəvan sülh şəraitində yaşamalıdır, müharibə istəmir, əvvəlkiləri geri qaytarmayacaq, dünyəvi dövlət olmaqdan əl çəkməyəcək, kilsənin bəzi üzvlərini siyasi fiqur kimi qəbul etməyəcək, bu qəbuledilməzdir.

Müxtəlif yerlərdən, fərqli maliyyə ilə, əsasən eyni ölkədə yaşayan blogerlərin bu hərəkata qoşulduqlarını elan etdiyini görürəm. Təbii ki, bunu görürəm, bu, aydındır. Bunu kim görmür ki?”

Teqlər: