Şərifov manatın məzənnəsindən danışdı

Şərifov manatın məzənnəsindən danışdı

Azərbaycanda milli valyutanın məzənnəsi sabitdir.

AzerTimes xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

Nazir qeyd edib ki, bir çox qonşu ölkələrin valyuta məzənnələri mövcud vəziyyətlə bağlı xeyli dəyər itirib:

“Dövlət tərəfindən, Mərkəzi Bank tərəfindən bu sahədə koordinasiya tədbirləri görülməklə sabit məzənnənin saxlanılması üzrə bizdə tam konsensus var. Lakin məzənnə şübhəsiz inflyasiyaya mənfi təsir göstərir”.

Teqlər: