Şərifin Bakıda dediyi bu sözlər İrəvanda gündəm oldu

Şərifin Bakıda dediyi bu sözlər İrəvanda gündəm oldu

Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri çərçivəsində Ermənistanla bağlı sözləri düşmən ölkədə geniş reaksiya doğurub.

AzerTimes xəbər verir ki, Şahbaz Şərif Qarabağın işğaldan azad edilməsində Azərbaycana dəstəyi ölkəsinin borcu adlandırıb.

Həmçinin Şahbaz Şərif Ermənistanla heç bir diplomatik əlaqə qurulmamasını bu cür izah edib:

“Biz o məsələyə (Ermənistanla diplomatik əlaqələrin qurulmasına – red.) yalnız Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanandan sonra qayıda bilərik”.

Erməni analitiklər Azərbaycanın əsas müttəfiqlərindən olan Pakistanın baş nazirinin bu sözlərini “İslamabadın İrəvana tələbi” adlandırıblar.

Teqlər: