Pakistan dialoq yolu ilə Hindistanla uzunmüddətli sülhə nail olmaq istəyir.
AzerTimes xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif deyib.
O bildirib ki, müharibə hər iki ölkə üçün seçim deyil.
Şərif eyni zamanda qeyd edib ki, Cənubi Asiyada uzunmüddətli sülh Cammu Kəşmir probleminin BMT qərarları və Kəşmir xalqının istəkləri istiqamətində həllinə bağlıdır.