Şərifdən Əliyevə: Kaş onun dadına bir də baxardım!

Şərifdən Əliyevə: Kaş onun dadına bir də baxardım!

Siz öz dəyərli vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsiniz. Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediyada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir.

AzerTimes xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyulun 11-də İslamabadda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

“Cənab Prezident, 2023-cü ildə məni Azərbaycana dəvət etdiyiniz çox yaxşı xatirimdədir. Səxavətiniz və çox səmimi qonaqpərvərliynizlə bağlı o xoş anları hələ də xatırlayıram. Nahar zamanı ləziz yeməyiniz hələ də xatirimdədir. Kaş onun dadına bir də baxa bilərdim. Lakin bunun üçün Sizin möhtəşəm ölkənizi yenə də ziyarət etməliyəm. İnşallah, noyabr ayında gələcəyəm”, – Ş.Şərif qeyd edib.

Teqlər: