Şərif 4 ildən sonra ölkəsinə qayıtdı

Şərif 4 ildən sonra ölkəsinə qayıtdı

Pakistanın sabiq baş naziri Nəvaz Şərif 4 ildən sonra ölkəsinə qayıdıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, N.Şərif və onu müşayiət edən partiya üzvlərini daşıyan şəxsi təyyarə paytaxt İslamabadda hava limanına enib.

Məlumata görə, sabiq baş nazir İslamabadda vəkilləri ilə görüşdükdən sonra Lahora gedəcək və orada onun üçün hazırlanan mitinq meydanında çıxış edəcək.

Qeyd edək ki, N.Şərif üç dəfə Pakistanın baş naziri olub. O korrupsiyada ittiham olunub. Haqqında həbs qətimkan tədbiri seçildikdən sonra 10 ay həbsdə qalan N.Şərif səhhətindəki problemlərə görə müalicə almaq üçün 2019-cu ilin noyabrında 2 ay müddətinə azadlığa buraxılıb. 2019-cu ilin noyabrında müalicə üçün İngiltərəyə gedən Nəvaz Şərif Londonda məskunlaşmışdı.

Teqlər: