Xəbər - Tamilla Məmmədova – Trend:
Sərhədlərin açılması Gürcüstanda iqtisadi vəziyyətə müsbət təsir göstərəcək.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin iqtisadiyyat naziri Natiya Turnava deyib.
Onun sözlərinə görə, turizmin artımı larinin məzənnəsinə də müsbət təsir edəcək: “Sərhədlərin xarici turistlər üçün mərhələli şəkildə açılması iqtisadi vəziyyətimizə bilavasitə təsir edəcək. Quru sərhədlərinin açılmasından sonra turistlərin sayı da artacaq”.
Qeyd edək ki, Gürcüstan iyunun 1-dən etibarən qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini açacaq.
(Tərcümə: Orxan Nəbiyev)