Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu o deməkdir ki, Ermənistan sərhədinin əslində harada olduğunu dəqiqləşdirmək lazımdır. Bizim siyasətimiz müharibənin qarşısını almaqdır”, – N.Paşinyan qeyd edib.